Bir sarhoşla müsahibəm

Dərc edildi: 11/14/2011 / Hər teldən bir not

Müsahibimin maraqlı və marjinal insan olduğunu düşündüyüm üçün dialoqu bloguma yerləşdirmək qərarına gəldim. Zənnimcə çox istedadlı biridir. Özünü həm fotograf, həm rəssam, həm də, şair kimi sınayır. İstər yazdığı şeirlər istərsə də, çəkdiyi rəsmlər və fotolar insanlar tərəfindən maraqla qarşılanır.
Müsahibə yazılı formada olduğu üçün bəzi hərf səhvlərindən başqa cümlələrdə heç bir dəyişiklik etmədən olduğu formada təqdim edirəm.

A – Necəsiz?
B – Mən sarhoş bir az amma yaza bilirəm.
A – Fotolarınızın hansı janrda olduğunu müəyyənləşdirmisiniz?
B – Heç bir janrda deyil.
A – Mənimlə eyni anda sizin fotolarınızı izləyən bir xanım heç nə anlamadığını söyləyib, hətta bu fotolar bərbad dedi.
B – Bu mənim umrumda da, deyil. Mən sadəcə çəkmək və göstərmək istədiklərim şeyləri çəkirəm və göstərirəm. Kimlərinsə xoşu üçün yox. Sadəcə insanların gərçək həyatlarını göstərməyə çalışıram. Biri inək sağırsa demək inək sağır.
A – Düşünürsüz ki, insanlar gərçək həyatı sizin çəkdiyiniz fotolara baxdıqdan sonra dərk edə biləcəklər?
B – Sadəcə ciddi insanlar hər şeyi dərk edir. Mən niyə yaşadığımı bilirəm. Bilirəm ki, bunları məndən başqa kimsə çəkməyəcək. O inək sağan qadına deyəcəklər ki, ən yaxşı paltarını gey sənin şəklini çəkək o da heç kimə lazım deyil.
A – Siz hər şeyi dərk edirsiz?
B – Özünü dərk etmək hər şeyi dərk etmək deməkdir.
A – Bəs bir az əvvəl deyirdiz sadece ciddi insanlar hər şeyi dərk edir?
B – Yalniz qaldıqlarında hər kəs ciddidir amma oynayırlar bəzən ve bu mahnı paylaşdığım məni çox sarhoş edir.
( Paylaşdığı mahnı belə adlanırdı “Wake can gox”
A – İnsanlar niyə sarhoş olmaq istəyirlər?
B – Bir dəfə biri mənə çox içmə sarhoş olarsan demişdi mən də içmirəm sarhoş olum içirəm ki, kəndim olum demişdim. Yəqin ki, buna görə.
A – Ayıq sizlə sarhoş siz arasında nə fərq görürsüz?
B – Tək mən yox hər kəs elədir. İnsanlar sarhoşkən özləri ola bilir yani heç bir kompleks utancaqlıq filan qalmır. Nə istəyirlər onu da, edirlər.
A – Sizi nə utandıra bilər?
B – Hər şey əslində utanmaq normaldır, səni əslində sən edən utandığın şeylərdir. Bundan qorxma çəkinmə gərəkirsə utan yerin dibinə gir amma özün ol arsızlıq qəbul olunmazdır.
A – Başqa nələri qəbul olunmaz hesab edirsiz?
B – İndi bilmirəm, əgər söhbətimizin ortasında nəsə ortaya çıxarsa qəbul olunmaz şey onda deyərəm.
A – Arsız kimlərdir sizcə?
B – Arsız olanlar.
A – Bəs arsız olanlar kimlərdir?
B – Arsız olanlar
A – Həssas birisiz?
B – Həssas insanlar həyatı anlayanlardır. Onlar təsirə düşmür həzz alır yaşadıqları hər şeydən.
A – Siz həyatı anlayanlardansınız?
B – Anladığımı bilmirəm, amma zövq ala bilirəm yaşadığım hər şeydən.
A – Nələrdən zövq alırsınız və sizi bu həyatda ən çox nələr maraqlandırır?
B – Hər şey: həyat, yaşamaq və onları görmək və təsvir etmək ya bir fotoda ya bir şeirdə ya da bir resm ilə.

A – Özünüzü ağıllı hesab edirsiz?
B – İnsanlar harda yanlış yapıyorlar bilirsən?
A – Harada?
B – Ağıllı olmağa çalışdıqlarında. Ağıllı olmağa çalışma cəsur ol. Bir yerdən sonra heç nə yoxdur. Bu doğrudur. Yalnız indi var.
A – İndi nə var?
B – İndi yaşdığın hər şey var. Hiss etdiyin eşitdiyin dinlədiyin yazdığın ve s.
A – İnsanın özündən asılı olmayan bəzi şeylərin də var olduğunu qəbul edirsiz?
B – Yox, hər şey insanın özündən asılıdır.
A – İstəklər?
B – Əsas elə istəklər səndən asılıdır.
A – Bəs qarşındakı insandan?
B – Ondan sənə nə?!
A – Ən dəyərli əşyanız nədir?
B – Özüm.
A – Niyə özünüzü əşya kimi hiss edirsiz?
B – Hər kəs əşya.
A – Özünzü nəsiz təssəvvur edə bilmirsiz?
B – Özümsüz.
A – Deyəsən narsist insansız?
B – Bilmirəm
A – Narsist sözünün mənasını bilirsiz?
B – Yox
A – Sizə görə siz kimlərəsə lazımlı birisiz?
B – Bunu sevdim. Hər zaman.
A – Nə üçün lazımlı birisiz?
B – BUNU BİLMİRƏM ama bilirəm ki, lazımlıyam.
A- Kimlərə lazımlısız bəs?
B – Ooo hər kəsə.
A – Mənə də?
B – 🙂 (gülür)
A – Bilmirəm cavabını çox eşitdim. Bəs necə bilirsiz ki, hal – hazırda olmaq istədyiniz insan busuz?
B – Bu olmaya bilərəm amma mutlu ola bilmərəm.
A – Mutluluq nədir?
B – Mutlu olmaq.
A – Özün olmaq?
B – Evet. Onu hiss etmək.
A – Bəs sərhəd?
B – Sərhəd yoxdur.
A – Lazımlıdır?
B – Lazım olmayan heç bir şey lazım deyil.
A – Niyə yarı türkcə yarı azəricə yazırsız?
B – Bilmirəm. Necə düşünürəm elə yazıram.
A – Sizcə dünyanın ən axmaq ixtirası nədir?
B – Texnika
A – Əyər texnika olmasaydı siz indi kompyuter qarşısında yox harada və nə vəziyyətdə olardız?
B – Mən hər zaman sarhoşum. İndi kompyuter var. Bu sadəcə gərçək bir şeydir.
A – Bəs gərçək olmayan nədir?
B – Gərçək olmayan heç nə yoxdur.
A – Xahişləri nəzərə alan birisiz?
B – Nə istəsən soruşa bilərsən, xahiş də edə bilərsən.
A – Suallar sizi yormur ki?
B – Yox, əksinə. Mən əvvəl elə bilirdim mənim sualım var sonra gördüm ki, mənə sualı olanlar var və bu məni çox mutlu edir.
A – Bəs əvvəl olsa idi mənə sualınız nə olardı?
B – Bilmirəm mən çox sarhoşam.

Söhbətimizi burdaca yekunlaşdırıb sağollaşdım çünki müsahibim özü də qeyd etdiyi kimi artıq sualları cavablandıra bilməyəcək qədər sarhoş idi.

Bir şərh yazın