‘Qarışıq pizza’ Kateqoriyası üçün Arxiv

Din və savadsızlıq

Dərc edildi: 04/26/2012 / Qarışıq pizza

Dindarlar hər şeydən razıdırlar. Onlara görə hər şey Allahdan gəlir və buna da şükr etmək lazımdır. Bir az öncə mübahisəmiz düşdü məndə yazaraq bir az əsəblərimi soyutmaq qərarına gəldim. İnancıma gəldikdə Tanrının mövcudluğuna inanıram onu inkar etmirəm və sevirəm. Dini inancım isə yoxdur mən özümü heç bir dinə aid etmirəm. Mənim üçün din vicdan işidir.

Bu səbəbdən də bəzən mübahisələrimiz düşür. Bir az əvvəl olduğu kimi.

             Bir neçə gün öncə qarşımda göz yaşı töküb mənimlə dərdləşib, ailəsinə baxmaq məcburiyyətində olduğunu bunun çətinliyi nə üçün oxuya bilmədiyini göz yaşı axıdaraq danışan dindar xanımımız bu gün ölkədəki problemlərə münasibət bildirməkdən boyun qaçırır, yaşayışından razılıq edir bir sıxıntısı varsa bunu da Allahın buyurduğunu onlara da, şükr etmek düşdüyünü bildirir. Ancaq gözlərini açıb bu qədər bol nemətli bir ölkədə niyə aclıq çəkdiyini görmək istəmir. Allahın onlara bəxş etdiklərindən nə üçün məhrum olduqlarını dərk edə bilmir.

            Çox hörmət etdiyim bir müəllimimdən SSSR-mi ya indiki zamanimi bəyənirsiz deyə soruşduğumda cavab vermişdi ki, həmin dövrlərdə ola bilsin ki, indiki qədər nemətlər yox idi amma insanlara güvən vardı. Mən evimin qapısını gecələr belə açıq saxlayıb yatmaqdan tərəddüd etmirdim. İndi isə insanlar acgözləşib, bir-birlərinə inamları azalıb, qayda qanun yoxdur bir sözlə özbaşınalıqdır.

            Müəllimdən fərqli olaraq dindar xanımımızın cavabı fərqli oldu o dedi ki mən hal – hazırdakı dövləti bəyənirəm çünki hicab bağlayıb küçədə rahat gəzə bilirəm məscidə gedib namazımı qıla bilirəm bundan artıq nə istəyə bilərəm. Düzdür! Bir insan ki, sözün əsl mənasında Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilmirsə onu tanımağı siyasi mövzu adlandırıb, mən siyasətə baş qoşmuram deyirsə o insanın həyatdan nə isə gözləməsi  gülünc olardı.

Söhbəti bir az da uzatdım Bəs insanlar? Sən onların əziyyət çəkdiyini, hüqüqlarının pozulduğunu, aclıq çəkdiyini görəndə üzülmürsən? – deyə soruşdum. Cavab verdi ki, xeyr bizim millətə bu da azdır. Elə bu cavabdan sonra nəinki mübahisə hətta normal söhbət etməyin də mənasız olduğunu anladım.

Və sonda Elm — təbiət cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsalandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növüdür. Elm şərt və dərketmə komponentlərini özündə birləşdirir. Onun  üçün də yazılmış qaydalarla hərəkət etməyin elmə yönəlin ki, dərk edib nəticə çıxara biləsiz.

Bir səbəb göstər!!!

Dərc edildi: 09/25/2011 / Qarışıq pizza

Özümü dərk edəndən bu yana yaşadığım ölkədən qaçma eşqiylə doluyam və uşaqlıqdan da bu istəyimi dilə gətirirəm.Anam bu istəyimlə heç vaxt razılaşmayıb.Bir müddət qürbət ölkədə yaşadığından öz ölkəndən uzaq yaşamağın çətinliklərini dəfələrlə mənə izah edib.Müxtəlif yönlərdən düşünüb anama haqq qazandırmağa çalışsam da bu məndə alınmır. Ölkəmin nəyini sevəcəyimi bilmirəm. Çirkli havasınımı, boz ağaclarınımı, sözbaz qocalarınımı, kütbeyin gənclərinimi, mədəniyyətsizliklə sərbəstliyi səhv salan mənimlə eyni dildə danışan məxluqlarınımı, ağzı sulu gədələrinimi, zibbilli, tüpürcəkli yollarınımı, işsizlik problemlərinimi və ya rüşvətxorluğunu yaltaqlığınımı,
Xalqımın hansı vəziyyətinə acıyım?
Yol boyu dilənən yaşlılarına körpələrinəmi, aldadılan qızlarınamı, başıboş gənclərinəmi, kölə vəziyyətinə salınmış qadınlarınamı, haqqlarını tələb ede bilməyib,əzilən, azadlığı olmayan bu xalqın nəyini sevim axı???
Yazsam siyahı çoxdur. Sevməyim üçün
Bir səbəb göstər!!!

Kişi, erkək insandir. Kişi sözü yetkinlik yaşına çatmış insanlara barəsində işlənilir, bu sözün tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir.
Əksəriyyət kişi sözünün izahını bu cür qəbul etmir.Bəzən əks cinsin nümayəndəsi haqqında danışarkən, adamı susdururlar.”Mən onlardan yox əsl kişilərdən danışıram”-deyirlər.Kişi və oğlan sözü yoxdur.Var: kişi və kişi qırığı.
Bəs kişi rütbəsinə layiq görülmək üçün hansı kriteriyalara sahib olmaq lazımdır?
Gələcəkdə əsl kişi olmaq istəyənlərin gərək erkən yaşlardan mütləq damaqlarında siqaret, ağızlarında söyüş olsun.
Əsl kişi çəngəl bıçaqla yemək yeməz, çayı xortuldadaraq içər, səsi qalın çıxar, mədəni danışmaz, saçı qisa olar, rəngli geyinməz, nadir hallarda ağ köynək geyinmək olar.Çəçələ dırnağı bir metr uzunluğunda olar.Əsas məsələni az qalsın unudacaqdım 🙂
Əsl kişi çox gülməz, ümumiyyətlə ağlamaz.
Əsl kişinin burnu, qulağı sınmış, qolu əzələli olmalıdır.Fərq etməz proteinlədə şişirtmək olar əsas odur ki, dar köynəyin altından əzələ hiss olunsun.Hətta bu ada layiq olmaq üçün bilərəkdən burun və qulaqlarını sındıranlarda var. Əsl kişinin həyatında bir sürü qadın olmalıdır.Evli qadınlarla gəzənlərə isə xüsusi hörmət bəslənilir.Əsl kişi odur ki, namuslu qızı da yoldan çıxarıb, mən bu qızı fırlatmışam, sözünü deyə bilsin.Əsl kişinin mütləqdirki çayxana həyatı və bir sürü dirnaqarası dostları olsun.Yalan danışmağı və söz fırlatmağı məharətlə bacarsın.Küçədə başqasının ana bacısına söz atıb, ana bacı söyüşünü özünə götürə bilsin.
Əsl kişinin bacısı internetə girməz, mobil telefon işlətməz, sevib ailə qurmaz.Əyər bacısının ailəsi sevgi üzərində qurulsa onda kişi olan qardaşın papağı ayaqlar altına düşər.Onun üçün bacısını mütləq toyda qohum, tanış bəyənib, elçi gəlməlidir.
Əsl kişinin anası evdar qadın olmalıdır
Evli kişilər : Evli olan əsl kişilər evində əmr verməyi bacarmalıdır.”Az arvad tez ol maa yemey ver, az gəl əyaxlarımı yu, az coraflarımı çıxart” Az müraciət forması mütləqdir çünki əsl kişi heç vaxt xanımına “Xanım” sözünü yaraşdırmaz.Yeri gələndə arvadını eşşək kimi çırpar çünki əsl kişilərin düşüncələrinə görə qadını yalnız yumruq ağıllandırar.Əsl kişi həyat yoldaşını qohum, əqrəbə yanında azarlayar, onunla kobud danışar ki, desinlər ki, “Əəəə halaldı saaa arvad sözüylə oturub durmursan kişisən ey kişi”
Əsl kişinin həyat yoldaşı heç vaxt işləməz.
Kişi olmaq yolunda addımlayanlar hələ kişi qırığı sayılırlar onlarda zamanla özlərini doğruldub, əsl kişi olacaqlar.
Əyər kişi deyəndə sizin də ağlınıza bu kriteriyalara və görünüşə sahib adam portreti gəlirsə, onda buyurun sizə “Əsl kişi”

Sizcə son günlərin ən aktual mövzusu hansıdır? Yaponiyada baş vermiş fəlakət? Xeyr! Bizim daha böyük problemlərimiz var.Məsələn: “Yumurta” kimi.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirir.
Antiinhisarçılıq siyasətinin hədəfinə bu dəfə yumurtalar tuş gəlib.Kimə baxırsan yumurtadan danışır.Millət sevincək olub, bayramqabağı çoxları yumurta almaq hayındadır.Ay camaat sizdə deyirsiz bizim problemimiz var.Hansı problemdən danışırsız? Sən demə əslində bizi narahat edən bütün məsələlərin toplusu bir yumurta qədərmiş.Hər şey yumurtanın başındaymış 🙂
Tələsməyin bir müddət süni qiymət artımı hələ güzlənilmir çünki qiymətləri süni şəkildə artıran şirkət və fərdi sahibkarları üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.Ancaq deyəsən olan yenə fərdi sahibkara olacaq.Şirkətə batmaq bir az qəliz məsələdir.Ayagı dara düşəndə, ya daydayını ya dost tanışını ya da maddi imkanlarını işə salacaq.Arada isə kənddən bir tikə çörək pulu qazanmaq üçün yumutalarını satmaq məqsədiylə yarmarkalara çıxaran, fərdi sahibkar gedəcək.
Sonda isə bayramqabağı hamınıza əyləncəli, bolluca yumurta döyüşü arzulayıram.Nə qədərki yumurtanın qiyməti artmayıb, çalışın fürsətdən istifadə edin 🙂