‘Özüm özümə’ Kateqoriyası üçün Arxiv

Etiraflarımı zaman bölgüsünə görə yazmaq fikrindəyəm. Uşaqlığımdan bu günə.
Əvvəla onu deyim ki, uşaq ikən indikindən fərqli olaraq sarışın və toppuş qiz olmuşam buna görə də, babam məni çox sevələyərdi. Həmişə sən şirinsən ona görə ağcaqanadlar səni çox yeyir deyərdi. Elə bu səbəbdəndir ki,

• Yeyilməkdən qorxurdum
• Etiraf edirəm ki, uşaq ikən yatmazdan əvvəl həmişə əyilib, orda kimsə varmı deyə yatağımın altına baxırdım.
• Yatmağa gedəndə yatağıma bir metr məsafədən tullanırdım elə bilirdim yatağıma yaxınlaşsam qəribə məxluqlar ayağımdan dartıb məni yeyəcəklər.
• Heç kimə diz çöküb yalvarmamışam ama etiraf edirəm ki, bir itə elə it kimi diz çöküb, ağlayaraq “Ay it qurban olum nooolar məni yemə” deyə yalvarmışam.:D (Sən ey uşaqlıq)
• Məktəb illərində atamın rəhmətə getdiyini heç kimə deməmişəm.
• Hətta əmimi sinif yoldaşlarıma atam deyə təqdim etmişəm.
• Qardaşıma əsəbləşdiyim üçün onun alıb saxladığı xamyakı balkonda atıb öldürmüşəm və etiraf edirəm ki, hələ də bunu özümə bağışlaya bilmirəm.
• Kimsə mən müxalifəm deyəndə o insanın leveli gözümdə birə beş artır.
• Yüz mömindənsə bir ateisti üstün görürəm.
• Çox kompleksli insanam bu səbəbdən də düşünürəm ki, uğur məndən uzaqdır.
• Bir insanın qəlbini qıranda söhbətdən sonra bunu ona etdiyim üçün mütləq ağlayıram.
• Mənim üçün dəyərli insanların əksəriyyətini real deyil sosial şəbəkələr vasitəsilə tanımışam.
• Siqaret çəkən qadın görəndə onu saatlarla o vəziyyətdə seyr edə bilərəm.
• Həmişə daxili mənimlə ingiliscə danışıram. (dilin inkişafına çox kömək olur)
• İstəyirəm Marliyn Mansonu dinləyəndə mütləq məni də xatırlasınlar. ( Belə qəribə istəklərim də olur bəzən )
• Yaşlanmaqdan çox qorxuram.
• Bir də aerofobiyam var.
• Etiraf edirəm ki, blog yazan da da, şəkil çəkən də də, ümumiyyələ nə isə yaradıcı bir işlə məşğul olmağa çalışanda bunu özümdən sonra bir iz qoyub, getmək üçün edirəm.
• Ən çox on dəqiqə istilik sistemi qoşulu vəziyyətdə olan avtomobildə otursam ölə bilərəm.

Heç kimə pas atmıram. Estafeti əlimdə saxlayıram deyə yazmışdım fikrimi dəyişib mən də pası Orxan Abdullaya atiram 🙂

Təcrübəm oldu

Dərc edildi: 10/20/2011 / Özüm özümə

Bu gün işdən ayrıldım. 4 ay 1 həfəlik iş təcrübəm mənə çox şey öyrətdi. İlk növbədə iş təcrübəm oldu, fərqli insanlarla ünsiyyətdə oldum, dəyişik mimikalar, simalar gördüm və ən əsası pul qazanmağın çətinliyini dərk etdim.
Evə bir tikə çörək pulu qazanmaq üçün dəridən qabıqdan çıxıb, hər cür sözü götürməyə məcbur olan fağır insanlarla həmsöhbət oldum.
Bir neçə çox dəyərli dost və bir neçə yüz manat da pul qazandım.
İşdən ayrılarkən yolda qarşılaşdığım məkanlardan, insanlardan, bitki və heyvanlardan isə bir neçə xatirə fotosu əldə etdim.

Bu da çəkdiyim həmin fotolar.
Qarşıma çıxan ilk solmuş qızıl gül.

Soyuqda işləmək çətinliyi. Mənim hazırladığım reklamı yerləşdirməyə çalışırdılar.

Ayağıma dolaşan pişik. Qəribə baxırdı mənə deyəsən çox ac idi. Bir müddət mənimlə eyni yolu getdi sonra yemeye heç bir şey olmadığını anlayıb, uzaqlaşdı.

Mən irrasionalam.
Bizə riyazi ədədlərin sonsuz olduğunu dedilər.1000000000000000000000…… və beləliklə davam edib, ucu-bucağı görsənməyən rəqəmlər.Bunu qəbul etdim.Saydığımız zaman 1-dən sonra 2 gəlir dedilər.Bunu da qəbul etdim.Başqa əlacım da yoxdur.Desəm ki, mən 1-dən sonra 2-nin gəldiyini qəbul etmirəm, adama deyərlər havalanmısan? İndi isə düşünürəm, bəs 1 dən sonra vergül atıb, yanına düzdüyümüz sonsuz sayda rəqəmlər hara getdi? Bax məsələ də burasındadır.Bu da riyaziyyatın səhvidir.Əyər bu səhvdirsə, deməli riyazi məntiq üzərinə qurulan hər şeyin nə bir məntiqi, nə də tamlığı var.Əslində başa düşürəm bu o deməkdir ki, irrasional ədədlər tama yaxınlaşır, amma heç vaxt tam, rasional ola bilmir.Yəni 1,999……9 rəqəmini bizə 2 deyib, qəbul etdirməyə çalışan bir dünyanın evladlarıyıq hamımız.Həyat da, bizlər də, arzularımız da irrasionaldir.Bilinməyən sonsuzluğa doğru gedirik,nə başlanğıc nöqtəmiz bilinir,nə də sonumuz.
Nə isə yenə də hamı kimi sayıram 1,2… Axı cəmiyyətə ayaq uydurmaq lazımdır.


Ümumilikdə normal olmadığımı düşünərək, özümü məşhurlaşdırıram. Anormallığım o yaşlarda hərkəsin istədiği şeylərdən fərqli xəyallar qurmaqla sərhədlənmirdi.. Həmin vaxtlar yeni bir şeyləri arzulaya bilirdim. Getməyi, qara geyinməyi, bir kamerayla izlənirmiş kimi yaşamağı, gözəl qadınlarla yatmağı, dünyanı kəşv etməyi, həyatın başlama vuruşunu edəni kəşf etməyi və yaşıdlarımın çox azının qura biləcəyi bənzər qavramları xəyal edirdim. Hər zaman tənha oldum. Tənhalığı özümü inkişaf etdirməyin tək yolu olaraq gördüm. Ama ətrafımda olub keçənlərə biganə qalmaq ve yanımdan axib gedən həyat nəhriylə üzümü yumamaq da mənə axmaqca gəlirdi.. Bu səbəbdən evdə cox az vaxt keçirməyə və küçələrdə yaşamağa başladım. Fahişələri kəşf etdim. Silahdan istifadə etməyi öğrendim. Poker oynamağa davam etdim. Kitab oxumağı buraxdım. İnsanlardan istediğim ölçülərdə, maraqlandığım sahələrdə faydalanırdım Hər şey mənim iradəm altındaydı. Heç kimi özümə çox da yaxınlaşdırmırdım. Dünyanı, həyatı olduğu kim qəbul edir, ancaq bütün bunların xaricində də bir gerçəğin olmasının lazımlığı üzərində sabitləşirdim.

Eğer Qurani-Kərimin üstündən onlarca kuşak keçməsəydi, mən yazılanların hamısına inanardım. Ama inanmıram o onlarca kuşağın dürüstlüğüne. O onlarca kuşağın dinlərinə sədaqətinə inanmıram! Çünki insanı tanıyıram. Çünkü özümü tanıyıram.Ürəyi istədiyi üçün duaları dəyişdirəcək hər dindən kuşaqlar tanıyıram. Bu günə kimi insan toxunduğu hər şeyi kirlətmişdir.Dinin özünü bundan qoruması o qədər uzaq ehtimal ki! Heç kim gəlib dini kitabları insanların yaxşılıqlarını mənə başa salmağa çalışmasın. Mən sadəcə möcüzələri qəbul edirəm. Onlara inanmaq, insan zəkasının mənfi tərəfından çıxdığı məlum olan yazılara inanmaqdan daha asandır.
İnsanın tək gerçək azadlığı tənhalığıdır. Tənhalığı acizləşdirənsə bağlılıqlardır. Sevgilər, içki, nikotin, əxlaqi dəğərlər, narkotiklər… Hamısı da insanın ayağına hər an pranga ola bilər..Zövq verən prangalar. Ortaq xüsusiyyətləri, varlıqlarının verdikləri zövqün uzun bir müddət sonra hiss edilməməsi, yoxluqlarının isə dərhal ürəkdə ağrı yaratmasıdır…Hakan Günday

Kitab seçərkən hər zaman türk yazarlardan uzaq gəzirdim.Hətta anamın oxumağım üçün alıb gətirdiyi, çoxlarının ağız dolusu danışdığı Elif Şafakın “Aşk” romanını da bir iki səhifə vərəqlədikdən sonra kənara atmışdım.Sonra da birinə hədiyyə etmişdim 🙂
Yuxarıda qeyd etdiyim yazı isə Hakan Gündayın romanından kiçicik bir hissədir.Kənara qeyd ediləcək cümlələr o qədər çoxdur ki, onun üçün də yazacağım hissəni seçməkdə çətinlik çəkdim.Bəlkə də mən şişirdirəm ama bu yazarı təqdim edecek söz tapa bilirəm.Oxuyun və özünüz qiymətləndirin!

Bizim xalqın yeniyetməliyi olmayıb, gödək ömürlü uşaqlığı olub.O da bələkdən dil açana kimi.Bəzən belə tələblər irəli sürülür ki, uşaqlara sərbəstlik vermək, onların qayğısız yaşamaq gülmək, oynamaq, əylənmək, həyatda olduqları müddətcə uşaqlıq dövrünü geridə qoyduqdan sonra maraq dairələrinə uğun olaraq, onlara dəstək vermək mümkün qədər həyatlarına qarışmamaq (deyesən bunu özümdən uydurdum) hüququnu təkcə dilə gətirmək yox, həm də həyata keçirmək lazımdır.Bu tələblərə etiraz etmək qeyri-mümükündür, amma onları bizim şəraitimizdə həyata keçirmək də qeyri-mümkünə yaxındır.Bizim mühitimiz elədir ki, uşaq yeriyər-yeriməz yaşlılar kimi özünü göstərmək məcburiyyətindədir.Həyatın bütün əzablarını dadaraq, ömür səhifələrinə çəkdiyi əzabların ağrılarını həkk ederək, püxtələşmiş, və gözünü canının tapşıracaq əzrailin yoluna dikmiş süst yaşlı bir insanla yeniyetmələri, gəncləri müqayisə edib, o süstlüyü, təcrübəni gənclərdən ummaq zənnimcə axmalıqdır.
Biz musiqi üçün də çox qocayıq musiqi ilə bağlı həyəcanlar bizdən ötrü ağırdır.Onun üçün çoxlarımız aqressiv, ağır musiqiləri başımızdan edrik.
Bizim uşaqlığımız, gəncliymiz aborta bənzəyir.Hələ tam formalaşmamış körpəni dograyaraq abort edib, zibil qutusuna atdıqları kimi gəncliyimizi də elə abort edirlər ki, qalıqlarına heç zibil qutuların da da rast gəlmirik.
Gənclik çox şeylərə yaxşı nəzərlə baxır bəzən həyatın eybəcərlklərini görmək yönləri gənclərin istəklərinin və ehtiraslarının içində itib-batır
Yaşa dolduqca anlamağa başlayırıq bütün itirdiklərimizi vaxtında əlimizə düşən fürsətləri nə üçün geri itələdiyimizi Əslində özümüz üçün yaşamadığımızı.
Qocalanda isə artıq nələrizə düzəltmək üçün nə əvvəlki qüvvəmizə sahib oluruq, nə də zamanı geri qaytarmaq qabiliyyətinə.
Həyatının səhifələrini vərəqlədikcə çox peşmanlıqlar çəkənləri gəncliklərində iki düşüncə tərzi əhatə edir:
1.Hər şey tale, alın yazısı qismət deməklə hər şeyə tüpürüb, taleyin hökmünə baş əymək
2.Həyatımız boyu hər addımımızda bizi izləyən “ƏTRAF MÜHİT”
Bunu isə əminliklə söyləyə bilərəm ki, ətrafı düşündüyümüz insanlarla aramızda bir tük qədər belə səmimiyyət yoxdur!!! Bizim yeganə çıxış yolumuz vaxtında başqa adamların həyatımıza, işimizə qarışmasından əvvəl öz xoşumuzla özümüzü dəyişməkdən ibarət olmalıdır.

Musiqi zövqüm daha çox dəyişikliklərə uğrayacaq.
70 ci illərdən tutmuş bu zamana kimi unudulmayan, mənim də sevərək dinlədiyim mahnılardan bir neçəsinin siyahısını təqdim edirəm:

The White Stripe¬- Jolene (səsini fərqli istifadə etməyi bacardığını düşünürəm)
Oasis – Stop crying your heart out (my music)
The Eagles –Hotel california (1976 – cı il No comment bu mahnıya menim şərh yazmağım düzgün olmaz)
Lifehouse-broken (hal-hazırda dinlədiyim mahnı)
Marilyn Manson-Running to the edge of the world (bu ifaçının səsinə acıyıram.Səbəbini bilmirəm)
Barbra Streisand-Memories (1981-ci il Ax Barbra Barbra pratuktor,rejissor, aktrisa, prodüsser və möhtəşəm səsə sahib bir xanım daha nə deyim?)
Limp Bizkit-Behind blue eyes (çox tez-tez dinlədiyim mahnı olub)
Todd Krider-Burning photos (bəzən akustik gitara ifaları altında instrumental musiqi dinləməyə ehtiyac duyuram)
Aretha Franklin (səsin nələrə qadir olduğunu eşitmək istəyənlər, Franklinin ifasını dinləsinlər)
Styx-Boat on the river
Rod Steward-Sailing ( 1975-ci il musiqiylə maraqlananlar məncə bu mahnını bilirlər )
Demis Roussos-Goodbye by love goodbye (1973-cı il Titrek səsli Demis inanmıram dinləməyən tapılsın)
James Blunt-goodbye my love ( Müasir dövrün goodbye saymaq olar )
İron Swine-Flightless bird ( Twlight filmindən sountrack)

Sonda: aqressiv mahnı axtarışında olanlar siyahını unutsunlar 🙂

Ля ля ля

Dərc edildi: 03/19/2011 / Özüm özümə


Эту фотку послал мне Самка, он сказал что типа я смахиваю на нее Dəlişka 🙂 Ну это конечно же шутка с его стороны и я ее одобряю, поскольку у нас очень очень очень сильная дружеская любовь.:)

Tibb buna ne ad verir?

Dərc edildi: 03/14/2011 / Özüm özümə

Gece saatlarinda oyanib, mobil telefonumla bu yazini yazmaga meni Danzeria mecbur etdi.Bu gun nedense cox yorgunam.Bir az evvel yatmaga hazirlasirdim.Gozlerimi yumub, sabahki planlarim haqda dusunurdum.Aniden gozlerimin onune Danzeria geldi.Onu ilk defedir ki, gorurdum.Danzeria 8,9 yas araliginda, qisa zil qara saclara sahib, agbeniz qiz idi.Ezberlediyi nelerise danismaga cehd edirdi amma bu onda alinmirdi cunki danisiq orqanlarinda qusur vardi.Gozlerini tez-tez qirpirdi.
Oxudugum qederiyle tibb : insan beyninin ozluyunden sima yaratmaq mumkunluyunu tekzib edir.Ancaq deyesen men bununla razilasmayacam.Birincisi men Danzeria haqqinda deyil, oz problemlerim haqqinda dusunurdum.Ikincisi onu kimi qusurlu bir qizi real heyatda gorub, unutmagim mumkun deyildi.Ne ise…Sabah oyandigim zaman ilk isim bu veziyyeti arasdirmaq olsun.