Mart, 2011 üçün arxivlər

Musiqi zövqüm daha çox dəyişikliklərə uğrayacaq.
70 ci illərdən tutmuş bu zamana kimi unudulmayan, mənim də sevərək dinlədiyim mahnılardan bir neçəsinin siyahısını təqdim edirəm:

The White Stripe¬- Jolene (səsini fərqli istifadə etməyi bacardığını düşünürəm)
Oasis – Stop crying your heart out (my music)
The Eagles –Hotel california (1976 – cı il No comment bu mahnıya menim şərh yazmağım düzgün olmaz)
Lifehouse-broken (hal-hazırda dinlədiyim mahnı)
Marilyn Manson-Running to the edge of the world (bu ifaçının səsinə acıyıram.Səbəbini bilmirəm)
Barbra Streisand-Memories (1981-ci il Ax Barbra Barbra pratuktor,rejissor, aktrisa, prodüsser və möhtəşəm səsə sahib bir xanım daha nə deyim?)
Limp Bizkit-Behind blue eyes (çox tez-tez dinlədiyim mahnı olub)
Todd Krider-Burning photos (bəzən akustik gitara ifaları altında instrumental musiqi dinləməyə ehtiyac duyuram)
Aretha Franklin (səsin nələrə qadir olduğunu eşitmək istəyənlər, Franklinin ifasını dinləsinlər)
Styx-Boat on the river
Rod Steward-Sailing ( 1975-ci il musiqiylə maraqlananlar məncə bu mahnını bilirlər )
Demis Roussos-Goodbye by love goodbye (1973-cı il Titrek səsli Demis inanmıram dinləməyən tapılsın)
James Blunt-goodbye my love ( Müasir dövrün goodbye saymaq olar )
İron Swine-Flightless bird ( Twlight filmindən sountrack)

Sonda: aqressiv mahnı axtarışında olanlar siyahını unutsunlar 🙂

Bizlərin insanalara verdiyi dəyər, geyimlə ölçülmür.Bizlər üçün fahişəlik edib, sonra namuslu görsənmək üçün 1,2 metrəlik parçaya bürünənlərin dəyəri yoxkən, bu cür insanları sizlər gözünüzdə ən yüksək zirvələrədək daşıya bilərsiniz.Bizlər əməllərimizi kitablara görə dəyərləndirmirik.Bizlər savab qazanmaq üçün yaxşılıq etmirik.Yaxşılıq saflıq, paklıq bizlərin qəlbindədir.Bizlər etdiyimiz yaxşılıq üçün sabah tanrıdan mükafat olaraq, cənnəti diləmirik.Sizlərdən fərqli olaraq, bizlər isanlığı olan bütün qadınlara dəyər veririk sizlər isə hicaba bürünmüş, insanlığı olmayanlara.Bizlər əməllərimizlə nümunə oluruq sizlər isə öz mundarlığınızı örtmək üçün dini bəhanə edib, danışığınızla insanların beyninə zorla nələrisə yeritməyə çalışırsınız.Sizlerin hətta 6,7 yaşlarında körpə qızlara düşəcək qeder iyrənc nəfsiniz var.Bunu biz demirik siz özünüz o yaşlarda olan körpenin hicab geyməsini buyuraraq, öz nəfsinizin nə dərəcədə iyrenc olduğunu təsdiqləmiş olursunuz.Ancaq bizlər dünyaya sizin nəfsinizin qarşısını almaq üçün qadagalarla yaşamağa gəlməmişik.
Bizlər ağlımızı istifadə etməyi bacarırıq, bunun üçün davranışımızı, nə etməyimizi, necə savab əməl qazanacağımızı söyləmək üçün bizlərin müəyyən qaydaları əzbərləyib, ona uyğun olaraq robotlaşmağımız üçün kitablara ehtiyacımız yoxdur.

Ля ля ля

Dərc edildi: 03/19/2011 / Özüm özümə


Эту фотку послал мне Самка, он сказал что типа я смахиваю на нее Dəlişka 🙂 Ну это конечно же шутка с его стороны и я ее одобряю, поскольку у нас очень очень очень сильная дружеская любовь.:)

Kişi, erkək insandir. Kişi sözü yetkinlik yaşına çatmış insanlara barəsində işlənilir, bu sözün tayı az yaşlı uşaqlara və ya yeniyetmələrə oğlan deyilir.
Əksəriyyət kişi sözünün izahını bu cür qəbul etmir.Bəzən əks cinsin nümayəndəsi haqqında danışarkən, adamı susdururlar.”Mən onlardan yox əsl kişilərdən danışıram”-deyirlər.Kişi və oğlan sözü yoxdur.Var: kişi və kişi qırığı.
Bəs kişi rütbəsinə layiq görülmək üçün hansı kriteriyalara sahib olmaq lazımdır?
Gələcəkdə əsl kişi olmaq istəyənlərin gərək erkən yaşlardan mütləq damaqlarında siqaret, ağızlarında söyüş olsun.
Əsl kişi çəngəl bıçaqla yemək yeməz, çayı xortuldadaraq içər, səsi qalın çıxar, mədəni danışmaz, saçı qisa olar, rəngli geyinməz, nadir hallarda ağ köynək geyinmək olar.Çəçələ dırnağı bir metr uzunluğunda olar.Əsas məsələni az qalsın unudacaqdım 🙂
Əsl kişi çox gülməz, ümumiyyətlə ağlamaz.
Əsl kişinin burnu, qulağı sınmış, qolu əzələli olmalıdır.Fərq etməz proteinlədə şişirtmək olar əsas odur ki, dar köynəyin altından əzələ hiss olunsun.Hətta bu ada layiq olmaq üçün bilərəkdən burun və qulaqlarını sındıranlarda var. Əsl kişinin həyatında bir sürü qadın olmalıdır.Evli qadınlarla gəzənlərə isə xüsusi hörmət bəslənilir.Əsl kişi odur ki, namuslu qızı da yoldan çıxarıb, mən bu qızı fırlatmışam, sözünü deyə bilsin.Əsl kişinin mütləqdirki çayxana həyatı və bir sürü dirnaqarası dostları olsun.Yalan danışmağı və söz fırlatmağı məharətlə bacarsın.Küçədə başqasının ana bacısına söz atıb, ana bacı söyüşünü özünə götürə bilsin.
Əsl kişinin bacısı internetə girməz, mobil telefon işlətməz, sevib ailə qurmaz.Əyər bacısının ailəsi sevgi üzərində qurulsa onda kişi olan qardaşın papağı ayaqlar altına düşər.Onun üçün bacısını mütləq toyda qohum, tanış bəyənib, elçi gəlməlidir.
Əsl kişinin anası evdar qadın olmalıdır
Evli kişilər : Evli olan əsl kişilər evində əmr verməyi bacarmalıdır.”Az arvad tez ol maa yemey ver, az gəl əyaxlarımı yu, az coraflarımı çıxart” Az müraciət forması mütləqdir çünki əsl kişi heç vaxt xanımına “Xanım” sözünü yaraşdırmaz.Yeri gələndə arvadını eşşək kimi çırpar çünki əsl kişilərin düşüncələrinə görə qadını yalnız yumruq ağıllandırar.Əsl kişi həyat yoldaşını qohum, əqrəbə yanında azarlayar, onunla kobud danışar ki, desinlər ki, “Əəəə halaldı saaa arvad sözüylə oturub durmursan kişisən ey kişi”
Əsl kişinin həyat yoldaşı heç vaxt işləməz.
Kişi olmaq yolunda addımlayanlar hələ kişi qırığı sayılırlar onlarda zamanla özlərini doğruldub, əsl kişi olacaqlar.
Əyər kişi deyəndə sizin də ağlınıza bu kriteriyalara və görünüşə sahib adam portreti gəlirsə, onda buyurun sizə “Əsl kişi”

Tibb buna ne ad verir?

Dərc edildi: 03/14/2011 / Özüm özümə

Gece saatlarinda oyanib, mobil telefonumla bu yazini yazmaga meni Danzeria mecbur etdi.Bu gun nedense cox yorgunam.Bir az evvel yatmaga hazirlasirdim.Gozlerimi yumub, sabahki planlarim haqda dusunurdum.Aniden gozlerimin onune Danzeria geldi.Onu ilk defedir ki, gorurdum.Danzeria 8,9 yas araliginda, qisa zil qara saclara sahib, agbeniz qiz idi.Ezberlediyi nelerise danismaga cehd edirdi amma bu onda alinmirdi cunki danisiq orqanlarinda qusur vardi.Gozlerini tez-tez qirpirdi.
Oxudugum qederiyle tibb : insan beyninin ozluyunden sima yaratmaq mumkunluyunu tekzib edir.Ancaq deyesen men bununla razilasmayacam.Birincisi men Danzeria haqqinda deyil, oz problemlerim haqqinda dusunurdum.Ikincisi onu kimi qusurlu bir qizi real heyatda gorub, unutmagim mumkun deyildi.Ne ise…Sabah oyandigim zaman ilk isim bu veziyyeti arasdirmaq olsun.

Sizcə son günlərin ən aktual mövzusu hansıdır? Yaponiyada baş vermiş fəlakət? Xeyr! Bizim daha böyük problemlərimiz var.Məsələn: “Yumurta” kimi.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqləri və araşdırmaları davam etdirir.
Antiinhisarçılıq siyasətinin hədəfinə bu dəfə yumurtalar tuş gəlib.Kimə baxırsan yumurtadan danışır.Millət sevincək olub, bayramqabağı çoxları yumurta almaq hayındadır.Ay camaat sizdə deyirsiz bizim problemimiz var.Hansı problemdən danışırsız? Sən demə əslində bizi narahat edən bütün məsələlərin toplusu bir yumurta qədərmiş.Hər şey yumurtanın başındaymış 🙂
Tələsməyin bir müddət süni qiymət artımı hələ güzlənilmir çünki qiymətləri süni şəkildə artıran şirkət və fərdi sahibkarları üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.Ancaq deyəsən olan yenə fərdi sahibkara olacaq.Şirkətə batmaq bir az qəliz məsələdir.Ayagı dara düşəndə, ya daydayını ya dost tanışını ya da maddi imkanlarını işə salacaq.Arada isə kənddən bir tikə çörək pulu qazanmaq üçün yumutalarını satmaq məqsədiylə yarmarkalara çıxaran, fərdi sahibkar gedəcək.
Sonda isə bayramqabağı hamınıza əyləncəli, bolluca yumurta döyüşü arzulayıram.Nə qədərki yumurtanın qiyməti artmayıb, çalışın fürsətdən istifadə edin 🙂

Hər kəsin ağlamaq üçün bir səbəbi vardır,cənazələr sadəcə ağlamaq üçün gözəl bir fürsəttdir
A-“Sən nə üçün ağlayırdın?”
B-“Sənin atan üçün”
A-“Onu yaxşı tanımırdın axı?”
B-“Sənin üçün ağlayırdım”
A-“Ama mən onun ölümünə o qədər də üzülmürdüm”
B-“Bax elə onun üçün ağlayırdım”

Bir çox ölkələrdə mübahisələrə səbəb olan “Crematorium”(krematoryum); ölmüş insanların cəsədlərinin yandırılaraq kül halına salınıb, sümüklərdən ayrılması üsuludur.Bu üsula demək olarki avropa və Amerika daha çox üstünlük verir.
Krematoryum üsulundan istifadə etmək üçün;
*Cəsəd lazımı tabuta yerləşdirilir.
* Yandırılması üçün ailənin icazəsi və 3 şahid lazım gəlir.
* Yanma prosesi adətən 850-1100 derecə aralığında təxmini 80-120 deqiqe arası çəkir.
* Cəsədin yanmasından sonra texmini 400gr kül əldə edilir və adət üzrə bu küllərin saxlanması lazım gəlir.
Ən maraqlısıda burasindir ki, alınmış küllərdən 3 ay boyunca labarotoriya şəraitində saxlanaraq brilliant əldə etmək mümkündür.Təsəfvvür edirsiz sevdiyiniz insanı öldükdən sonra brilliant üzük formasında barmağınızda daşıya bilərsiz.
Yazının əvvəlində də qeyd etdiyim kimi krematoryum üsuluna daha çox Avropa və Amerika ölkələri üstünlük verir.Səbəb isə həm, daha ucuz başa gəlməsi təxmini 3000-4000 ABŞ dolları həm də, torpaq sahələrinin cənazələrə çevrilməsinin qarşısı alınması.Hətta bəzi ölkələrdə torpaq sahəsi o qədər yüksək həddədir ki, cənazə sahibi istər-istəməz krematoryum üsuluna əl atmalı olur.Bəs bizdə bu üsuldan istifadə etmək mümkün ola bilərmi?
Xatırladım ki İslam dinində ölmüş insanin yandırılması qəti qadağandır.Bundan əlavə mən ölkəmizdə cənazə mərasiminin xərcləriylədə maraqlandım təxmini ehsan,defn etme, torpaq sahəsi məzar daşı və s daxil olmaqla, ümumi xərc 4000 AZN yaxın başa gəlir.Elə bu iki səbəb krematoryum üsulun ölkəmizdə tədbiq olunmasını mümkünsüz göstərir.

Özümü derk edəndən bu zamana kimi atamın mezarı üstə gedirem.Adi günlərdə daha çox darıxmağıma, daha ürekdən ağlamağıma baxmayaraq, məzarı üstə heç vaxt ağlamağı bacarmamışam.Ancaq məndən fərqli olaraq əksər insanlar məzar ziyarətində özlərini o insana daha yaxın hiss edirlər, hönkürərək ürəklərini boşaldmağı bacarırlar.Yeqin məzarı ölmüş insanın evi hesab edirler ki, bunun üçün də borc-xərc naminədə olsa məzarın üzərində böyük abidə ucaldmağı özlərinə vəzifə bilirlər.Bizim millətin pulları elə iki şey üçün xərclənir toylar və mərasimlər.Ancaq bu gedişlə əhalisi ilbəil artmaqda olan bakı şəhərində deyesen tıxaclardan sonra da məzarlıqlardan tərpənməyə yer olamayacaq.Nə deyim vallah