Dekabr, 2011 üçün arxivlər

Etiraflarımı zaman bölgüsünə görə yazmaq fikrindəyəm. Uşaqlığımdan bu günə.
Əvvəla onu deyim ki, uşaq ikən indikindən fərqli olaraq sarışın və toppuş qiz olmuşam buna görə də, babam məni çox sevələyərdi. Həmişə sən şirinsən ona görə ağcaqanadlar səni çox yeyir deyərdi. Elə bu səbəbdəndir ki,

• Yeyilməkdən qorxurdum
• Etiraf edirəm ki, uşaq ikən yatmazdan əvvəl həmişə əyilib, orda kimsə varmı deyə yatağımın altına baxırdım.
• Yatmağa gedəndə yatağıma bir metr məsafədən tullanırdım elə bilirdim yatağıma yaxınlaşsam qəribə məxluqlar ayağımdan dartıb məni yeyəcəklər.
• Heç kimə diz çöküb yalvarmamışam ama etiraf edirəm ki, bir itə elə it kimi diz çöküb, ağlayaraq “Ay it qurban olum nooolar məni yemə” deyə yalvarmışam.:D (Sən ey uşaqlıq)
• Məktəb illərində atamın rəhmətə getdiyini heç kimə deməmişəm.
• Hətta əmimi sinif yoldaşlarıma atam deyə təqdim etmişəm.
• Qardaşıma əsəbləşdiyim üçün onun alıb saxladığı xamyakı balkonda atıb öldürmüşəm və etiraf edirəm ki, hələ də bunu özümə bağışlaya bilmirəm.
• Kimsə mən müxalifəm deyəndə o insanın leveli gözümdə birə beş artır.
• Yüz mömindənsə bir ateisti üstün görürəm.
• Çox kompleksli insanam bu səbəbdən də düşünürəm ki, uğur məndən uzaqdır.
• Bir insanın qəlbini qıranda söhbətdən sonra bunu ona etdiyim üçün mütləq ağlayıram.
• Mənim üçün dəyərli insanların əksəriyyətini real deyil sosial şəbəkələr vasitəsilə tanımışam.
• Siqaret çəkən qadın görəndə onu saatlarla o vəziyyətdə seyr edə bilərəm.
• Həmişə daxili mənimlə ingiliscə danışıram. (dilin inkişafına çox kömək olur)
• İstəyirəm Marliyn Mansonu dinləyəndə mütləq məni də xatırlasınlar. ( Belə qəribə istəklərim də olur bəzən )
• Yaşlanmaqdan çox qorxuram.
• Bir də aerofobiyam var.
• Etiraf edirəm ki, blog yazan da da, şəkil çəkən də də, ümumiyyələ nə isə yaradıcı bir işlə məşğul olmağa çalışanda bunu özümdən sonra bir iz qoyub, getmək üçün edirəm.
• Ən çox on dəqiqə istilik sistemi qoşulu vəziyyətdə olan avtomobildə otursam ölə bilərəm.

Heç kimə pas atmıram. Estafeti əlimdə saxlayıram deyə yazmışdım fikrimi dəyişib mən də pası Orxan Abdullaya atiram 🙂