Din və savadsızlıq

Dərc edildi: 04/26/2012 / Qarışıq pizza

Dindarlar hər şeydən razıdırlar. Onlara görə hər şey Allahdan gəlir və buna da şükr etmək lazımdır. Bir az öncə mübahisəmiz düşdü məndə yazaraq bir az əsəblərimi soyutmaq qərarına gəldim. İnancıma gəldikdə Tanrının mövcudluğuna inanıram onu inkar etmirəm və sevirəm. Dini inancım isə yoxdur mən özümü heç bir dinə aid etmirəm. Mənim üçün din vicdan işidir.

Bu səbəbdən də bəzən mübahisələrimiz düşür. Bir az əvvəl olduğu kimi.

             Bir neçə gün öncə qarşımda göz yaşı töküb mənimlə dərdləşib, ailəsinə baxmaq məcburiyyətində olduğunu bunun çətinliyi nə üçün oxuya bilmədiyini göz yaşı axıdaraq danışan dindar xanımımız bu gün ölkədəki problemlərə münasibət bildirməkdən boyun qaçırır, yaşayışından razılıq edir bir sıxıntısı varsa bunu da Allahın buyurduğunu onlara da, şükr etmek düşdüyünü bildirir. Ancaq gözlərini açıb bu qədər bol nemətli bir ölkədə niyə aclıq çəkdiyini görmək istəmir. Allahın onlara bəxş etdiklərindən nə üçün məhrum olduqlarını dərk edə bilmir.

            Çox hörmət etdiyim bir müəllimimdən SSSR-mi ya indiki zamanimi bəyənirsiz deyə soruşduğumda cavab vermişdi ki, həmin dövrlərdə ola bilsin ki, indiki qədər nemətlər yox idi amma insanlara güvən vardı. Mən evimin qapısını gecələr belə açıq saxlayıb yatmaqdan tərəddüd etmirdim. İndi isə insanlar acgözləşib, bir-birlərinə inamları azalıb, qayda qanun yoxdur bir sözlə özbaşınalıqdır.

            Müəllimdən fərqli olaraq dindar xanımımızın cavabı fərqli oldu o dedi ki mən hal – hazırdakı dövləti bəyənirəm çünki hicab bağlayıb küçədə rahat gəzə bilirəm məscidə gedib namazımı qıla bilirəm bundan artıq nə istəyə bilərəm. Düzdür! Bir insan ki, sözün əsl mənasında Məhəmməd Əmin Rəsulzadənin kim olduğunu bilmirsə onu tanımağı siyasi mövzu adlandırıb, mən siyasətə baş qoşmuram deyirsə o insanın həyatdan nə isə gözləməsi  gülünc olardı.

Söhbəti bir az da uzatdım Bəs insanlar? Sən onların əziyyət çəkdiyini, hüqüqlarının pozulduğunu, aclıq çəkdiyini görəndə üzülmürsən? – deyə soruşdum. Cavab verdi ki, xeyr bizim millətə bu da azdır. Elə bu cavabdan sonra nəinki mübahisə hətta normal söhbət etməyin də mənasız olduğunu anladım.

Və sonda Elm — təbiət cəmiyyət və insan təfəkkürü haqqında obyektiv, sistemli və əsalandırılmış biliklərin əldə edilməsinə, dəqiqləşdirilməsinə və yayılmasına yönəlmiş insan fəaliyyət növüdür. Elm şərt və dərketmə komponentlərini özündə birləşdirir. Onun  üçün də yazılmış qaydalarla hərəkət etməyin elmə yönəlin ki, dərk edib nəticə çıxara biləsiz.

Bir şərh yazın